Son Dakika :
Anasayfam Yap     -
Karakter boyutu :13 Punto15 Punto17 Punto19 Punto

Sinan Oğan: "Rusiyada Azərbaycan Vətəndaşları ilə Təhqiramiz Rəfdar Son Dərəcə Yanlışdır"

Sinan Oğan:
"Azərbaycan Rusiya və digər dövlətlərin siyasəti ilə bundan sonra da ayaqlaşmayacaq." Bunu SalamNews-a Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TürkSAM) sədri Sinan Oğan deyib.
23.10.2013 / 15:41

"Azərbaycan Rusiya və digər dövlətlərin siyasəti ilə bundan sonra da ayaqlaşmayacaq." 

Bunu SalamNews-a Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TürkSAM) sədri Sinan Oğan deyib.

 

O, Azərbaycan vətəndaşı Orxan Zeynalovun Rusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlində təksirkar bilindiyi üçün Moskvada soydaşlarımızın sıxışdrılması ilə bağlı fikirlərini açıqlayıb.

O bildirib ki, Rusiyada çalışan, orada çörəkpulu qazanan Azərbaycan vətəndaşları ilə təhqiramiz rəfdar edilməsi son dərəcə yanlışdır: "Orada yalnız bir Azərbaycan vətəndaşı cinayət törətməkdə təksirkar bilinir. Bu, məişət zəmində baş verən bir hadisədir. Belə hallar Türkiyədə, Azərbaycanda, Rusiyada və dünyanın müxtəlif ölkələrində də olur. Rusiyada yüz minlərlə Azərbaycan türkü çalışır və sözügedən ölkənin qanun-qaydaları ilə hərəkət edirlər. Hər hansı bir cinayət işi ilə əlaqəsi olmayan vətəndaşları sıxışdırmaq, onlara qarşı mənfi hərəkət tətbiq etmək Rusiya tərəfindən yolverilməzdir. Bu cür hərəkət Rusiya kimi ölkəyə yaraşan davranış deyil."

TürkSAM rəhbəri bu cür olayların arxasında siyasi oyunların olmasını istisna etməyib: “Bu hadisələrin siyasi mənası var. Rusiyanın buna oxşar hadisəni bəhanə edərək Azərbaycana təzyiq etmək istəyi açıq-aydın görünür. Çünki Rusiya Azərbaycanı tənbehedici vəziyyətə sala bilmir. Azərbaycan dövləti Rusiyanın dediyi ilə oturub-durmadığı üçün bu cür olaylar baş verir. Çünki Azərbaycan bundan sonra da Rusiya və digər dövlətlərin siyasəti ilə ayaqlaşmayacaq. Qardaş ölkənin öz siyasi yolu var və bundan sonra da bunu davam etdirəcək.”

S.Oğan söyləyib ki, Rusiya Azərbaycanın müstəqil siyasətinə qısqanclıqla yanaşır və ölkəsində yaşayan Azərbaycan vətəndaşlarını sıxışdırmağa çalışır. Bu da son dərəcə yanlış hərəkətdir.

Xatırladaq ki, Moskvada 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalov dindirilmə zamanı özünü günahkar hesab etmədiyini və hadisə yerində olmadığını bildirib.

 

Haber Kaynağı:

http://www.salamnews.org/az/news/read/99118#sthash.K8nsmgL0.dpuf



Etiketler:
Bu haber toplam 2181 defa okundu
YORUMLAR
Dolkun İsa DUK'un Yeni Başkanı Oldu
10-12 Kasım tarihleri arasında Dünya Uygur Kongresi’nin (DUK) genel kurulu Almanya’nın Münih kentinde düzenlen

Öztürk Yılmaz:
CHP Genel Başkan Yardımcısı ve Ardahan Milletvekili Öztürk Yılmaz, Cumhurbaşkanı Erdoğan’ın ziyaretlerini v

igdirli.com
Copyright © 2013 Iğdırlı Medya Grubu Tüm hakları saklıdır.
IĞDIRLI.COM Yerel Haber, Analiz, Fotoğraf ve Video Portalı.
igdir habereqteq